RU

Dünya futbolu üçün inqilabi təklif! Qırmızı vərəqələr yoxdur, matçlar 50 dəqiqə davam edir

ain.az bildirir, Oxumeni.az portalına istinadən.

Dünya futbolu üçün inqilabi təklif! Qırmızı vərəqələr yoxdur, matçlar 50 dəqiqə davam edir

Napoli prezidenti Aurelio De Laurentiisin matçları 50 dəqiqəyə endirmək və sarı və qırmızı vərəqələri ləğv etmək, onları cərimə vaxtı sistemi ilə əvəz etmək təklifləri futbol qaydalarını kökündən dəyişdirə biləcək bir müzakirəyə səbəb oldu.

Dünya futbolunda fundamental dəyişikliklər üçün qapılar açıq ola bilər. Napoli prezidenti Aurelio De Laurentiisin verdiyi şok təkliflər futbolun fundamental qaydalarını tamamilə dəyişdirə bilər.

Futbolun hazırkı strukturunun tamaşaçı baxımından sürətini itirdiyini iddia edən De Laurentiis, matçın uzunluğu ilə bağlı indiyə qədər ən radikal təklifini irəli sürüb. İtaliya prezidenti klassik 90 dəqiqəlik sistemin ləğv edilməli olduğunu və matçların hər biri 25 dəqiqədən ibarət iki hissədə, ümumilikdə 50 dəqiqə oynanılmalı olduğunu bildirib.

De Laurentiisin sözlərinə görə, daha qısa matçlar oyunun tempini artıracaq və tamaşaçı marağını daha yüksək səviyyəyə qaldıracaq. İddia olunur ki, bu sistem futbolu daha dinamik və axıcı edəcək.

Napoli prezidentinin ən diqqətəlayiq təkliflərindən biri sarı və qırmızı kartların ləğvi idi. Mövcud kart sisteminin oyunu soyudan olduğunu iddia edən De Laurentiis bu təcrübənin tamamilə ləğv edilməsini tələb etdi.

Kartalar əvəzinə fərqli bir cəza sistemi təklif edildi. Buna əsasən, qayda pozuntusu edən oyunçular, qayda pozuntusunun ağırlığından asılı olaraq müəyyən müddətə meydandan kənarlaşdırılacaqdılar. Təklifə görə, sarı vərəqə layiq qayda pozuntusu edən oyunçu meydanda beş dəqiqə, qırmızı vərəqə layiq ciddi qayda pozuntusu edən oyunçu isə 20 dəqiqə gözləməli olacaq.

Bu radikal təkliflər futbol dünyasında xeyli müzakirələrə səbəb olub və ənənəvi qaydaların dəyişib-dəyişməyəcəyi ilə bağlı suallar yaradıb. Futbolun gələcəyini formalaşdıra biləcək bu ideyaların həyata keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil.

Əziz MUSTAFA

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
1
oxumeni.az

2Источники