RU

Kürşad Zorlu: Türk dünyasında pasportsuz turizmi dəstəkləyirik

Türkiyə rəhbərliyi Türk dövlətləri arasında turizmin inkişafı yolunda mövcud maneələrin aradan qaldırılmasına yönəlmiş təşəbbüsləri dəstəkləyir.

Aznews.az xəbər verir ki, bu fikirləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini (AKP), millət vəkili Kürşad Zorlu Ankaranın 2026-cı il üçün Türk Dünyası Turizm Paytaxtı seçilməsi çərçivəsində təşkil edilən 7-ci Beynəlxalq Səyahət və Turizm Dinamikası Konqresində bildirib.

O deyib ki, Türkiyə TDT-yə üzv ölkələr arasında səfərlərin pasportsuz əsasda həyata keçirilməsi ilə bağlı razılaşmaların əldə olunmasının, eləcə də vahid muzey kartı tətbiqinin tərəfdarıdır:

"Bu, bir prosesdir və məmnuniyyətlə qeyd edirik ki, müsbət irəliləyişlər var".

Избранный
25
1
aznews.az

2Источники