RU

Masallıda rayon rəhbəri səyyar görüş-qəbul keçirdi » AzadMedia.az


15 aprel 2026-cı il tarixində Bədalan inzibati ərazi dairəsi üzrə Dəmirçi kəndində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov səyyar görüş-qəbul keçirmişdir.

Görüş zamanı rayon rəhbəri çıxış edərək Bədalan inzibati ərazi dairəsinin tarixi barədə ətraflı məlumat vermiş, kəndin regionun ən qədim yaşayış məntəqələrindən biri olduğunu diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, Azərbaycanda ikinci çay fabriki 1952-ci ildə məhz Bədalan ərazisində istifadəyə verilmişdir.

Rayon rəhbəri çıxışında kəndin ziyalıları, tibbi elmlər doktorları, din xadimləri, tanınmış şəxsiyyətləri və xeyriyyəçiləri haqqında geniş məlumat vermiş, bu kəndin yetirməsi olan tibb elmləri doktoru Müşfiq Kərimovun 14 yaşında Tibb Universitetinə qəbul olunmasını və hazırkı fəaliyyəti barədə məlumatı qeyd etmişdir.

Daha sonra söz Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Famil Cəfarova verilmişdir.

Şöbə müdiri çıxışında Bədalan inzibati ərazi dairəsində həyata keçirilən işlər barədə ətraflı məlumat vermişdir.

Bildirilib ki, ərazidə su təsərrüfatı ilə bağlı təmir-bərpa işləri aparılmış, su təminatı yaxşılaşdırılmışdır. Yola yaxın ərazilərdə qaz xətləri yenilənmiş, məscidə gedən yolda piyada zolağı çəkilmişdir. Kənd ərazisində dayanacaq qurulmuş, abadlıq və səliqə-sahman işləri həyata keçirilmişdir.

Həmçinin qeyd olunmuşdur ki, xeyriyyəçilər tərəfindən aztəminatlı ailələrə və şəhid ailələrinə maddi yardımlar göstərilmiş, ümumilikdə 8 kilometr uzunluğunda su kanalı lildən təmizlənmiş, 12 ədəd yeni su borusu quraşdırılmışdır.

Çayqıraq kəndində yollar təmir olunmuş, 4 kilometr uzunluğunda küçəyə çınqıl örtüyü salınmışdır.

Qurban bayramı ərəfəsində 2500 kiloqram qurban payı paylanmış, kənddə yaşayan 2 nəfər xəstə vətəndaşın müalicəsinə dəstək göstərilmişdir. Ərazidə 55 ədəd elektrik dirəyi yenisi ilə əvəz edilmiş, 35 ədəd küçə lampası yenilənmişdir. Məktəblilərə dəstək məqsədilə 10 nəfər şagirdə məktəb ləvazimatları təqdim olunmuşdur.

Bununla yanaşı, “Konstitusiya və Suverenlik ili” çərçivəsində ərazidə 240 ədəd ağac əkilmiş, şəhid lövhələri və bayraqlar yenilənmişdir.

Daha sonra rayon rəhbəri vətəndaşlar tərəfindən edilən müraciətləri dinləmişdir.

İlk müraciət edən vətəndaş məktəbin yaxınlığında işıqforun quraşdırılması ilə bağlı xahişini rayon rəhbərinin diqqətinə çatdırmışdır.

Növbəti müraciət əkin sahəsinə elektrik xəttinin çəkilməsi ilə bağlı olmuşdur.

Sonra elektrik xətlərinin kabelləşdirilməsi işlərinin sürətləndirilməsi ilə bağlı müraciət səsləndirilmişdir.

Bundan əlavə, kənddə poçt məntəqəsinin yaradılması ilə əlaqədar vətəndaş müraciət etmişdir

Növbəti müraciət Bədalan–Xanalıyan avtomobil yolunun 200 metrlik hissəsinin asfalt örtüklə döşənməsi ilə bağlı olmuşdur.

Rayon rəhbəri daxil olan digər müraciətləridə diqqətlə dinləmiş, bəzi məsələlər yerindəcə öz həllini tapmış, digər müraciətlər isə araşdırılması və həlli məqsədilə aidiyyəti qurumlara yönləndirilmişdir.
Избранный
21
1
azadmedia.az

2Источники