RU

Bəs sülh anlaşması?

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu genişləndirir. Bu addım regionda artan gərginlik və İranla bağlı diplomatik proseslər fonunda atılıb.

VAXT.AZ “The Washington Post”a istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi regiona əlavə hərbi kontingentin göndərilməsini nəzərdən keçirir. Plan çərçivəsində təxminən 10 min nəfərə yaxın hərbi heyətin rotasiya və yerləşdirilməsi, həmçinin dəniz və hava qüvvələrinin gücləndirilməsi nəzərdə tutulur.

Qəzetin iddiasına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcı qrupları və dəniz piyadaları bölmələri regionda fəaliyyətini davam etdirir.

Qeyd olunur ki, bu addımların əsas məqsədi ABŞ-ın regionda “çəkindirmə gücünü artırmaq” və mümkün eskalasiya risklərinə qarşı hazırlığı gücləndirməkdir.

Eyni zamanda bildirilib ki, Vaşinqton İranın nüvə proqramı ilə bağlı danışıqların nəticəsiz qalacağı təqdirdə müxtəlif hərbi ssenariləri nəzərdən keçirir.

Hərbi analitiklər isə hesab edirlər ki, bölgədə hərbi mövcudluğun artırılması diplomatik danışıqlarda ABŞ-ın mövqeyini gücləndirə bilər, lakin eyni zamanda gərginlik riskini də artırır.

Избранный
28
vaxt.az

1Источники