RU

"Oyuna soyuq pivə içə-içə baxacağam" - Luis Enrike

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində "Liverpul"u mübarizədən kənarlaşdıran (2:0, 2:0) PSJ-nin baş məşqçisi Luis Enrike komandasının yarımfinaldakı rəqibini müəyyənləşdirəcək oyundan - bu gecə baş tutacaq "Bayern Münhen" - "Real Madrid" qarşılaşmasından danışıb.

Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssisin sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Real", yoxsa "Bayern"? Hər dəfə hansı komandaya üstünlük verirəmsə, digəri ilə üz-üzə gəlirik. Matçı Parisdə izləyəcəyəm. Oyuna soyuq pivə içə-içə baxacağam".

Xatırladaq ki, PSJ Çempionlar Liqasının son qalibidir.

Toğrul

Избранный
6
1
fanat.az

2Источники