RU

Bu gün o nöqtədən çox uzağıq Paşinyan

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi bizim üçün işlək gündəmdir. Lakin biz onu da qəbul etməliyik ki, bu iş gündəliyi son illərdə Ermənistanla Aİ arasında münasibətlərin misli görünməmiş inkişafı ilə qəbul edilib və genişləndirilib". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Aİ Vətəndaş Cəmiyyəti Platformasının 8-ci ikitərəfli görüşü zamanı bildirib.

Bu kontekstdə Paşinyan xatırladıb ki, Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması ilə bağlı qanun qəbul edib: "Strategiyamız ondan ibarətdir ki, bu prosesdə şantaj vasitələrindən istifadə etməyəcəyik ki, bu qanunu qəbul etdiyimiz üçün gələn ay bizi Aİ-yə qəbul etsinlər. Xeyr, qətiyyən yox. Bu proses ətrafında heç bir stress olmamalıdır və bu, bir ölkə olaraq həqiqətən uyğunlaşmaq, islahat prosesini Aİ standartlarına uyğun şəkildə davam etdirmək üçün bir fürsətdir". 

Onun sözlərinə görə, Aİ müəyyən bir məntiqlə genişlənməmək və ya genişlənmək qərarı verə bilər: "Biz heç kimin siyasi iradəsini məcbur edə bilmərik. Əgər Aİ bizi tamhüquqlu üzvü kimi qəbul etmək qərarına gələrsə, əla olar. Əgər bizi qəbul etməmək qərarına gələrsə, yenə də qalib gələcəyik, çünki biz ən yaxşı müasir standartlara cavab verən bir ölkə olacağıq.

Bizim vəzifəmiz, məqsədimiz, strategiyamız ən yaxşı standartlara cavab verən bir ölkə olmaqdır. Başa düşürük ki, bu gün o nöqtədən çox uzağıq, amma bu istiqamətdə necə hərəkət edəcəyimiz, o nöqtəyə necə çatacağımız barədə lazımi siyasi iradəmiz, strategiyamız və vizyonumuz var".

Ağarza Elçinoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
1
unikal.az

2Источники