RU

Flik: Məyus olduq

İspaniya çempionu “Barselona”nın alman məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının 1/4 finalında “Atletiko Madrid”in maneəsini dəf edə bilməməsi ilə bağlı fikirlərini bildirib.

Vətəninfo.az xəbər verir ki, Kataloniya komandası cavab oyununda 2-1 hesabı ilə qalib gəlsə də, ilk oyunda 0-2 hesabı ilə məğlub olduğu üçün əsas Avropa yarışına vəsiqə qazana bilməyib.

“Məyus olduq. Komanda 10 oyunçu ilə belə fantastik oynadı. Bəxt bizə gülmədi, amma bunu qəbul etməli və irəliləməliyik.”

AS Flikin sözlərini sitat gətirir: “İlk hissədə daha çox qol şansımız oldu, amma qol buraxdıq. Futbol belədir, daha yaxşı oynamalıyıq. Komanda hər şeyi etdi, amma bu, kifayət deyildi”.

Ötən mövsüm “Barselona” Çempionlar Liqasının yarımfinalına yüksəlib.

Избранный
14
21
veteninfo.az

10Источники