RU

Mayda “Azərpoçt” WUF13 çərçivəsində yeni poçt markaları təqdim edəcək Açıqlama

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 15 aprel, AZƏRTAC

Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində xüsusi poçt markalarının təqdimatı gözlənilir.

Bu barədə AZƏRTAC-a məxsusu açıqlamasında AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC-nin Marka şöbəsinin müdiri Sitarə Hüseynova bildirib.

“Artıq WUF13 forumu ilə bağlı xüsusi marka hazırlanıb və onun rəsmi təqdimatı may ayında keçiriləcək”, -deyə Sitarə Hüseynova vurğulayıb.

O qeyd edib ki təşkilatçılarla müvafiq görüşlər baş tutub və markanın həm təqdimatı, həm də rəsmi dövriyyəyə buraxılması forum zamanı reallaşdırılacaq.

S.Hüseynova əlavə edib ki, 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması çərçivəsində də bir sıra yeni poçt markaları və poçt kartları hazırlanıb: “Hazırda həmin məhsulların bir qismi artıq satışa çıxarılıb. Məqsədimiz ölkəyə gələn qonaqların bu məhsullardan yararlanmasına şərait yaratmaqdır”.

Qeyd edək ki, WUF13 Azərbaycanın ev sahibliyi edəcəyi ən böyük beynəlxalq tədbirlərdən biri olacaq və şəhərsalma sahəsində qlobal müzakirə platforması kimi mühüm əhəmiyyət daşıyır.

Müxbir - Pərvanə Qafarova

Foto - Səfiyar Məcnun

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
1
azertag.az

2Источники