RU

İran dronlarının vurduğu məşhur "Yelkən hotel" fəaliyyətini DAYANDIRDI

Dünyada "Yelkənli hotel" kimi tanınan Dubaydakı "Bürc əl-Ərəb" (Burj Al Arab) hoteli restavrasiya məqsədilə il yarım müddətinə bağlanır.

Musavat.com xəbər verir ki, bu barədə hoteli idarə edən "Jumeirah Group" holdinqi məlumat yayıb.

"25 ildən artıq qonaq qəbul etdikdən sonra "Bürc əl-Ərəb" hoteli diqqətlə planlaşdırılmış mərhələli restavrasiya proqramına başlayır. Bu an bir son deyil, bu ikonik obyekti gələcək nəsillər üçün qoruyub saxlamağa həsr olunmuş düşünülmüş bir fasilədir", - holdinqin açıqlamasında bildirilir.

Xatırladaq ki, Yaxın Şərqdə müharibə başlayandan bəri Dubay digər əmirliklərlə yanaşı İranın pilotsuz uçuş aparatlarının (PUA) hədəfinə çevrilib. Döyüş əməliyyatlarının elə ilk günü, fevralın 28-də PUA qalıqlarının düşməsi nəticəsində "Bürc əl-Ərəb" hotelinin xarici fasadında yanğın baş verib.

Musavat.com

Избранный
3
1
musavat.com

2Источники