Premyer Liqaya vəsiqə qazanmağa əsas namizəd "Şəfa" artıq aşağı yaş qrupları ilə bağlı məsələlərin  də həllinə başlayıb.

Rekord.az xəbər verir ki, elitada oynayan klubun müxtəlif yaş qruplarından ibarət komandaları da olmalıdır.

"Şəfa" bu problemi "Səbail"in hesabına etmək niyyətindədir. "Səbail" Premyer Liqada çıxış edəndə bu klubun  aşağı yaş qruplarında çıxış etmiş uşaq komandaları elitada "Şəfa"nı təmsil edəcək. Təbii ki, "Səbail" özü Premyer Liqaya vəsiqə qazanmasa.