RU

Li Auto və Nissan arasında gərginlik Rəsmi qurumlar işə qarışdı

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Nissan yeni modelini reklam edərkən özünü Li Auto-dan daha üstün göstərməyə çalışıb, Li Auto isə bunu dürüst oyun saymadığı üçün şikayət edib və nəticədə dövlət qurumları məsələyə müdaxilə etməli olub.Demokrat.az xəbər verir ki, Çinin avtomobil bazarında fəaliyyət göstərən Li Auto və Yaponiyanın Nissan şirkətləri arasında yaranan kəskin qarşıdurma ölkənin tənzimləyici qurumlarının diqqətini çəkib. "Caijing" nəşrinin yaydığı məlumata görə, Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi tərəflər arasında yaranan mübahisə ilə bağlı hər iki şirkətin nümayəndələri ilə xüsusi görüş keçirib. Li Auto rəhbərliyi yapon rəqibini onlara qarşı qarayaxma kampaniyası aparmaqda günahlandırır.Münaqişənin əsası Nissan NX8 modelinin təqdimatı zamanı qoyulub. Reklam kampaniyası çərçivəsində yeni modelin Li Auto-nun i6 kimi avtomobilləri ilə müqayisə edilməsi və internet resurslarında NX8-in üstünlüklərinin qabardılması qarşı tərəfin etirazına səbəb olub. Li Auto-nun baş direktoru Li Syan yapon rəqibinin "zərərli müqayisələr" apardığını bildirərək bu yanaşmanı kəskin tənqid edib.Nissan tərəfi isə ittihamlara birbaşa cavab verməkdən yayınıb. Şirkətin elektromobillər bölməsinin rəhbəri Van Syan bildirib ki, Nissan fəaliyyətində sənaye qaydalarına sadiq qalır və hər zaman dürüst rəqabətin tərəfdarıdır. Bu mübahisə Çin bazarında 150-300 min yuan qiymət aralığında olan krossoverlər seqmentində rəqabətin nə dərəcədə gərginləşdiyini göstərir.İsmayıl

Demokrat.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
demokrat.az

1Источники