RU

ABŞ və İsrailin İrana qarşı əməliyyatında 400-dək amerikalı hərbçi yaralanıb

ABŞ və İsrailin İrana qarşı müştərək əməliyyatın gedişatında 400-dək ABŞ hərbçisi xəsarət alıb.

7News.Az "Associated Press" (AP) agentliyinə istinadən xəbər verir ki, bu bəyanatla ABŞ Mərkəzi Komandanlığının sözçüsü Tim Hokins çıxış edib.

"400-ə yaxın ABŞ hərbi qulluqçusu yaralanıb. Onların 3-nün vəziyyəti ağırdır, 354 nəfər isə artıq öz xidmətinə dönüb. Ümumilikdə 14 nəfər həyatını itirib. 7 hərbçi döyüş əməliyyatları zamanı, 6 nəfər İranın Küveytə zərbələri nəticəsində, bir nəfər isə Səudiyyə Ərəbistanında yaralanaraq həlak olub", - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats ordunun İrana qarşı qabaqlayıcı zərbələr endirdiyini elan edib. Hücumlar paytaxt Tehran da daxil olmaqla, İranın iri şəhərlərini hədəf alıb. Nəticədə hər iki dövlət öz hava məkanını bağlayıb. Ardınca ABŞ Prezidenti Donald Tramp da Vaşinqtonun bu hərbi hərəkata qoşulduğunu bildirib. Pentaqon Birləşmiş Ştatların missiyasını "Epik qəzəb" adlandırıb. Ağ Ev bu hücumun səbəbini İslam Respublikasının yaratdığı ehtimal olunan raket və nüvə təhlükələri ilə izah edib. Buna cavab olaraq İran İsrail istiqamətində onlarla ballistik raket buraxıb. Bununla yanaşı, İran Yaxın Şərq regionunda - Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, İraq, Səudiyyə Ərəbistanı və İordaniyadakı ABŞ bazalarını raketlər və dronlarla vurduğunu açıqlayıb. Rəsmi Tehran bu həmləsini "Əsl vəd-4" əməliyyatı kimi təqdim edib. Yaxın Şərqdə şiddətlənən genişmiqyaslı toqquşmalarda indiyədək 1 300-dən çox şəxs həyatını itirib. İtkilərin mütləq əksəriyyəti İrandandır, lakin ölənlər sırasında Bəhreyn, İsrail, Küveyt, Livan və BƏƏ vətəndaşları, eləcə də ABŞ hərbi qulluqçuları yer alıb.

Aprelin 8-də Pakistan tərəfinin vasitəçilik səyləri nəticəsində ABŞ və İran arasında 14 günlük atəşkəs razılaşması əldə olunub.
 
 

Избранный
12
7news.az

1Источники