RU

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının növbəti iclası keçirilib

Bakı. Trend:

Cari ilin 10 aprel tarixində Hüquqi Ekspertiza və QanunvericilikTəşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının növbəti iclasıkeçirilib.

Trend xəbərverir ki, iclasda Mərkəzin və Hüquq və İnsan Haqları İnstitutunungələcək fəaliyyəti ilə bağlı bir sıra mühüm məsələlər müzakirəedilib.

İclası giriş sözü ilə açan Müşahidə Şurasının sədri GündüzKərimov gündəlikdə duran məsələləri iştirakçıların diqqətinəçatdırıb.

Öz çıxışında o bildirib ki, “Dövlət maliyyəsinin səmərəli idarəedilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” AzərbaycanRespublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli Fərmanı ilədövlət orqanlarının (qurumlarının), dövlət mülkiyyətində olan vəpaylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqişəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin vədövlət büdcəsindən maliyyə vəsaiti alan digər təşkilatlarınstrukturu, ştat vahidləri və əməkhaqqı sistemlərinin maliyyəekspertizasının həyata keçirilməsi və onların optimallaşdırılmasıüzrə tədbirlərin görülməsi üzrə tapşırıqlar verilmişdir. Bunundavamı olaraq 2026-cı ildə bir sıra dövlət qurumlarınınfəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq normativ hüquqiaktlar imzalanmış, həmçinin dövlət qulluğunun inzibati və yardımçıvəzifələri üzrə aylıq vəzifə maaşlarının məbləğləri artırılmış,əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrəartım faizləri yenidən müəyyən edilmişdir.

Göstərilənlərlə əlaqədar Mərkəzin və İnstitutun strukturu,işçilərinin say həddi, əməyin ödənişi fondu, optimaltəşkilati-hüquqi formanın seçimi, habelə xərclərin azaldılmasıistiqamətində tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb vəŞura üzvləri tərəfindən qeyd edilən məsələlərlə bağlı fikirmübadiləsi aparılıb.

Müzakirələr zamanı Müşahidə Şurası tərəfindən Mərkəzin vəİnstitutun dövlət büdcəsindən asılılığının azaldılması məqsədiləxərclərinin optimallaşdırılması, o cümlədən təşkilati-hüquqiformalarının dəyişdirilməklə yenidən təşkil olunmasının mümkünlüyübarədə təkliflər nəzərdən keçirilib və bununla bağlı müvafiqtapşırıqlar verilib.

Eyni zamanda, İnstitutun ştat sayı, strukturu və fəaliyyəti üzrəxərclərinin optimallaşdırılması məqsədilə funksiyaları oxşar olanbir sıra vəzifələrin birləşdirilməsi yolu ilə daha səmərəlistrukturun formalaşdırılmasının zəruriliyi qeyd olunub. Buçərçivədə, Müşahidə Şurası tərəfindən İnstitutun yeni strukturununtəsdiq olunması kimi optimallaşdırma tədbirlərinin həyatakeçirilməsi məqsədəuyğun hesab edilmişdir.

Избранный
26
5
az.trend.az

6Источники