RU

Gec danışan uşaq autizm xəstəsidir? - Həkimdən XƏBƏRDARLIQ

"Bəzən görürük ki, uşağın uzaqbaşı iki yaşı, ya da bir yaş yarımı var və gec danışır, danışmaqda çətinlik çəkir. Valideynlər dərhal bunu autizm diaqnozu ilə əlaqələndirirlər. Ümumiyyətlə, autizm diaqnozunu yalnız uşaq psixiatrı qoya bilər. Nə loqoped, nə psixoloq, nə nevropatoloq bunu müəyyən edə bilməz. Əgər valideyn müşahidə edirsə və narahatlıq hiss edirsə, həkimə müraciət etməlidir ki, ya narahatlığını aradan qaldırsın, ya da vaxtında məlumatlanaraq müvafiq müdaxilə mərhələsinə başlasın".

Redaktor.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin aparıcıloqopedi Aygün Ələkbərova bildirdi.

Loqoped vurğuladı ki, autizm sindromlu uşaqlarda nitq qüsurları əsasən kommunikativ funksiyanın pozulmasından qaynaqlanır:

"İlkin olaraq kommunikasiya pozulur. Bununla yanaşı, kəkələmə, sensor alaliya və ya səslərin düzgün tələffüz olunmaması müşahidə edilə bilər. Həmçinin cümlə quruluşunda kobud pozuntular da rast gəlinir. Bu hallar müxtəlif formada özünü göstərə bilər. Lakin əsas problem kommunikativ funksiyanın və sosial ünsiyyətin pozulmasıdır. Bu zaman məşğələlər və tətbiq olunan rejim, nizam-intizam məhz kommunikasiya üzərində qurulmalıdır. Kommunikasiya ilə nitq qüsurları fərqli anlayışlardır. Elə uşaqlar var ki, kommunikasiya baxımından problem yaşamır, lakin nitq qüsurları mövcuddur. Bu halda yanaşma fərqli olur. Digər tərəfdən, elə uşaqlar da var ki, ünsiyyətə girmək istəmir və ünsiyyət bacarıqları zəif inkişaf edir. Bu zaman artıq multidisiplinar komanda işə qoşulur. Belə hallarda loqopedin rolu ilkin mərhələdə deyil, daha sonrakı mərhələlərdə ön plana çıxır və əvvəlcə digər mütəxəssislərin müdaxiləsi vacib olur".

NURİYYƏ

Избранный
20
redaktor.az

1Источники