RU

Britaniyada əhalinin üçdə biri qida və istilik xərclərini azaldır

Yeniazerbaycan saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Böyük Britaniyada aparılan yeni sorğu göstərir ki, artan qiymətlər və maliyyə təzyiqləri fonunda əhalinin əhəmiyyətli hissəsi gündəlik xərclərini azaltmağa məcbur qalır.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, britaniyalıların 66 faizi yaxın aylarda maliyyə vəziyyətindən narahatdır.

Respondentlərin 31 faizi isə artıq qida və istilik kimi əsas ehtiyaclara çəkilən xərcləri ixtisar edib, 38 faizi ötən illə müqayisədə maliyyə durumlarının zəiflədiyini bildirib. Gündəlik xərcləri qarşılamaq üçün respondentlərin 25 faizi yığımlarını xərclədiyini, 16 faizi isə ailə üzvlərindən və ya dostlardan borc aldığını qeyd edib.

Sorğuda iştirak edənlərin 51 faizi borclu olduğunu bildirib. Bu qrupun 42 faizi isə borc yükünün daha da artdığını vurğulayıb. Ekspertlər bildirirlər ki, Yaxın Şərqdə davam edən münaqişə enerji və ipoteka xərclərinin artmasına səbəb olaraq, ev təsərrüfatlarının maliyyə vəziyyətinə əlavə təzyiq yaradır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
10
4
yeniazerbaycan.com

5Источники