Macarıstanın Baş naziri Viktor Orban parlament seçkilərində “Tisza” partiyasının lideri Peter Madyara uduzub.
Qeyd edək ki, Macarıstan həm də Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olan ölkələrdən biridir. Bəs yeni baş nazirin bu təşkilatla bağlı hansı addımlar atacağı gözlənilir? Ölkə yenə də müşahidəçi statusunu davam etdirəcəkmi, yoxsa bu istiqamətdə dəyişiklik ola bilərmi?
Bununla bağlı Redaktor.az-a danışan Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü deputat Fazil Mustafa bildirdi ki, indidən buna rəy bildirmək doğru olmaz:
.jpg)
"Bəlkə yeni baş nazir də bu xətti davam etdirəcək. Çünki o da 2024-cü ilə qədər Orbanın partiyasında olub və onunla yaxın münasibətləri olub. Hər halda bu siyasətin mahiyyətini anlayan bir şəxsdir. Çox güman ki, o da inteqrasiyadan əl çəkməz. Ona enerji ehtiyatları lazımdır, əlaqələr lazımdır. Bu əlaqələr Macarıstanın hər hansı bir şəkildə ziyanına deyil. Ona görə də düşünürəm ki, o da bu siyasəti əlverişli hesab etdiyi üçün davam etdirə bilər. Burada məncə, narahatlıq üçün əsas yoxdur. Əgər bu siyasətdən imtina edərsə, o zaman türk dövlətləri də bir şey itirməz, öz yoluna davam edər. Bəlkə gələcəkdə kimsə yenidən Macarıstan üçün bu siyasətin faydalılığını düşünərək addım ata bilər".
NURİYYƏ