RU

“Renault” mühəndisləri ixtisar edir

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Çinin avtomobil ekspansiyası bir çox Qərb avtomobil istehsalçısını strategiyalarına yenidən baxmağa vadar edir. 

Avtosfer.az xəbər verir ki, bu baxımdan Fransanın “Renault” şirkəti də qlobal səviyyədə restrukturizasiyaya hazırlaşır. Şirkət dünya üzrə mühəndis heyətinin 20 faizə qədərini ixtisar etməyi planlaşdırır.

Cəmiyyətin 100 500 əməkdaşı olduğunu nəzərə alsaq, təxminən 2400 mühəndisin ixtisara düşəcəyini söyləmək mümkündür. Əsas ixtisarlar Avropa və Cənubi Amerikada reallaşacaq.

Bundan başqa, şirkətdaxili dəyişikliklər də həyata keçiriləcək. İxtisarlar yaxın 2 ilə başa çatmalıdır. Paralel olsaraq, yeni modellərin layihələndirilməsi də sürətlənəcək.

Vüqar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
avtosfer.az

1Источники