RU

Rusiya BOMBALANDI: Ukrayna zavodları VURDU, Donbasda QIRĞIN – TV Musavat

Ukrayna Başqırdıstan Respublikasındakı (Rusiya) neft-kimya müəssisələrinə hücum edib. Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko öz teleqram kanalında məlumat verib.

Rusiya hərbçiləri aprelin 15-nə keçən gecə Ukrayna ərazisinə yüzlərlə pilotsuz uçuş aparatı (PUA) və raketlərlə genişmiqyaslı hücum həyata keçirib. Hücum nəticəsində bir neçə regionda mülki şəxslər arasında ölənlər və yaralananlar var. Zərbələrin coğrafiyası və nəticələri barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Zaporojye vilayət administrasiyasının rəhbəri İvan Fyodorovun sözlərinə görə, hücum zamanı avtobus dayanacağının yanındakı köşkdə olan 74 yaşlı qadın həlak olub. Gecə hücumları digər vilayətlərdən də yan keçməyib. Belə ki, Dneprə hücum nəticəsində 3 nəfər xəsarət alıb, Çerkassıda PUA zərbələri yaşayış binalarına ziyan vurub, Xersonda isə bir mülki şəxsin yaralandığı bildirilir.

Odessada liman infrastrukturu, Sumıda isə sənaye müəssisəsi yenidən hədəfə alınıb. Kiyev vilayətində, xüsusilə Belaya Serkov şəhərində yanğınlar baş verib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrindən verilən məlumata görə, Rusiya tərəfi gecə ərzində Ukrayna səmalarına 324 dron və 3 ədəd "İsgəndər-M" ballistik raketi buraxıb.

Rusiya Müdafiə Nazirliyi hələlik zərbələrlə bağlı rəsmi şərh verməyib. Qeyd edək ki, ötən gün Rusiyanın Dnepr şəhərinə endirdiyi zərbə nəticəsində kafe və ərzaq mağazasının vurulması 5 nəfərin ölümü ilə nəticələnmişdi. Bu gün şəhərdə həlak olanların xatirəsinə matəm elan edilib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi şərhçi Azər Həsrətlə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Избранный
1
1
musavat.com

2Источники