RU

"Sənəd qəbulu zamanı “şərti qəbul” mexanizmi tətbiq olunur" - DP rəsmisi

“Artıq sənəd qəbuluna start verilib və proses ayın 18-dək davam edəcək. Namizədlərə tövsiyə olunur ki, sənədlərini vaxtında təqdim etsinlər”.

Redaktor.az “Azərbaycan müəllimi”nə istinadla xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov Təhsil TV-nin qonağı olarkən deyib.

Qədir Xəlilov qeyd edib ki, bəzi hallarda xarici universitetlərdən sənədlərin alınması gecikə bilər və bu, normal hal hesab olunur: “Universitetdən və ölkədən asılı olaraq sənədlərin təqdim olunma müddəti dəyişə bilir”.

Onun sözlərinə görə, belə halları nəzərə alaraq Dövlət Proqramında “şərti qəbul” mexanizmi tətbiq edilir: “Praktikaya əsaslanaraq artıq 4 ildir ki, bu mexanizmdən istifadə edirik və məqsədimiz namizədlərə maksimum dəstək göstərməkdir. Bu çərçivədə bəzi sənədlər ilkin mərhələdə şərti şəkildə qəbul olunur”.

Lakin o da vurğulanıb ki, şərti qəbul son nəticəyə zəmanət vermir: “Elə hallar olub ki, namizəd “şərti qəbul” əsasında bütün mərhələləri uğurla keçib, lakin yekunda təqdim etdiyi sənədlər tələb olunan minimum meyarlara uyğun olmadığı üçün proqramdan kənarda qalıb”.

Избранный
44
1
redaktor.az

2Источники