RU

YAP Nizami rayon təşkilatı turnir keçirdi - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş 3x3 basketbol turniri keçirilib.

"Unikal" xəbər verir ki, turnirdən əvvəl 242 saylı tam orta məktəbin idman sahəsində nailiyyətləri ilə seçilən şagirdlərinin nümunəvi çıxışları nümayiş etdirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan açılış mərasimində YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, Azərbaycan Basketbol Federasiyasının baş katibi Vüqar Əzimov, 242 saylı tam orta məktəbin direktoru Sevinc Bayramova və digər şəxslər çıxış ediblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu idman siyasətindən, Prezident İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan bəhs olunub, komandalara uğurlar arzulanıb.

Daha sonra turnirə start verilib.

Qeyd edək ki, turnirdə Nizami rayonunun 20-yə yaxın təhsil müəssisəsinin komandası iştirak edib. Olimpiya sistemi üzrə keçirilən yarışda birinci yeri Kimya və biologiya təmayüllü Respublika liseyi tutub. İkinci və üçüncü yerlərə isə müvafiq olaraq 145 və 242 saylı tam orta məktəblərin komandaları layiq görülüblər.

Sonda qalib komandalara kubok, medal, diplom və hədiyyələr təqdim olunub.

Избранный
25
unikal.az

1Источники