RU

Türkiyədə məktəbə hücumla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı – VİDEO

Qəhrəmanmaraşda baş verən qanlı hadisə zamanı məktəbdə yaşanan dəhşətli anların görüntüləri yayılıb. Silah səslərinin eşidilməsi ilə siniflərdə böyük panika yaranıb, canlarını qurtarmağa çalışan şagirdlər və müəllimlər çıxış yollarının kəsildiyini görərək pəncərələrə üz tutublar.

NOCOMMENT.az xəbər verir ki, sosial şəbəkələrdə və xəbər resurslarında paylaşılan görüntülərdə şagirdlərin həyatlarını riskə ataraq məktəbin pəncərələrindən aşağı atıldığı və sürətlə ərazidən uzaqlaşmağa çalışdıqları əks olunub. Hadisə şahidlərinin sözlərinə görə, atəş səsləri kəsilməyən dəqiqələrdə məktəb binasında tam bir xaos hökm sürüb.

Faciə nəticəsində 4 nəfərin həlak olması və 20 nəfərin yaralanması ilə bağlı valiliyin verdiyi məlumatdan sonra, bu görüntülər hücumun nə dərəcədə qorxunc olduğunu bir daha ortaya qoyub. Hazırda psixoloqlar və xüsusi yardım qrupları hadisədən sağ qurtulan, lakin ağır sarsıntı keçirən şagirdlərlə iş aparır.

Sara,
NOCOMMENT.az

Избранный
13
nocomment.az

1Источники