"Exo Moskvı" radiostansiyasının keçmiş baş redaktoru Aleksey Venediktov "arzuolunmaz təşkilat"ın fəaliyyətində iştirak etməkdə ittiham olunur.
Herbiand.az xəbər verir ki, bununla bağlı sənəd Moskvanın Çeremuşkinski Rayon Məhkəməsinin saytında yer alıb.
Sözügedən konkret təşkilat məlum deyil. Venediktov özü Telegram kanalında yazıb ki, Rusiyada "arzuolunmaz" hesab edilən heç bir təşkilatla əməkdaşlıq etməyib. O, həmçinin qeyd edib ki, ona qarşı yayılan xəbər "(Dmitri) Muratova hücum və "Novaya Qazeta"nın axtarışı ilə üst-üstə düşüb".
Məhkəmə iclası 14 may 2026-cı il tarixinə təyin edilib. Bu maddəyə əsasən, jurnalist 5000-15000 rubl cərimə ilə üzləşir. Lakin, əgər "qanun pozuntusu" inzibati cəzadan sonrakı bir il ərzində yenidən törədilərsə, o, cinayət məsuliyyəti ilə üzləşəcək.