RU

Türkiyədə daha bir məktəbə silahlı hücum Ölən var FOTO VİDEO YENİLƏNİB

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Kahramanmaraş bölgəsində məktəbdə silahlı insidenti törədən şəxs öldürülüb.

Avtosfer.az "NTV" telekanalına istinadən xəbər verir ki, bununla bağlı Kahramanmaraş valisi Mükerrem Ünlüer məlumat yayıb.

O bildirib ki, hücum edən şəxs həmin məktəbin 8-ci sinif şagirdi olub.

***

Türkiyənin Kahramanmaraş bölgəsində məktəbdə silahlı insident zamanı dörd nəfər ölüb.

Avtosfer.az "NTV" telekanalına istinadən xəbər verir ki, bununla bağlı Kahramanmaraş valisi Mükerrem Ünlüer məlumat yayıb.

O bildirib ki, hadisə nəticəsində 20 nəfər xəsarət alıb.

***

Türkiyənin Kahramanmaraş bölgəsində məktəbdə silahlı insident baş verib.

Avtosfer.az xəbər verir ki, bu barədə "A Haber" məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində ölənlər və xəsarət alanlar var.

Məlumata görə, insident yerinə çoxlu sayda polis və tibb qrupları göndəriliblər.Qeyd edək ki, daha əvvəl Türkiyənin Şanlıurfa bölgəsindəki liseydə silahlı insident baş vermişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
avtosfer.az

1Источники