“Beşiktaş”ın yarımmüdafiəçisi Kartal Kayra Yılmaz əməliyyat olunub.
İdmanxeber.az-ın məlumatına görə, Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 25 yaşlı futbolçu sağ topuğundan cərrahi müdaxilə keçirib.
Qeyd edək ki, komandanın yetirməsi olan Yılmaz 2019-cu ildən əsas heyətdə çıxış edir. 29 turdan sonra 55 xalı olan “Beşiktaş” Super Liqada 4-cü pillədə qərarlaşıb.