RU

Azərbaycanda NEZ-in benzin və dizel istehsalı həcmi düşməkdədir

Azərbaycanda 2026-cı ilin yanvar-mart aylarında neft məhsullarının istehsalı 1 milyard 283.7 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2.9% azdır.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əsas diqqət benzin və dizel istehsalına yönəlib. Belə ki, avtomobil benzininin istehsalı illik müqayisədə 7.3% artaraq 360.5 min ton, dizel yanacağının (qazoyl) istehsalı isə 6.2% artaraq 587.3 min ton olub.

Digər tərəfdən, bəzi neft məhsullarında azalma qeydə alınıb. Ağ neft istehsalı 15.5% azalaraq 107.3 min ton təşkil edib. Mazut istehsalında isə kəskin azalma müşahidə olunub – 76.4% geriləyərək 10.0 min ton olub.

Eyni zamanda, neft bitumu istehsalı da 17.3% azalaraq 98.7 min ton səviyyəsində formalaşıb.

Избранный
17
banker.az

1Источники