RU

Elin gözü tərəzidir ... Tərəzi təkcə ölçü aləti deyil, həm də dürüstlük və haqq anlayışı ilə əlaqəlidir Video

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Bəşəriyyətin inkişafı mərhələlərində ölçü və çəki anlayışı daim mühim yer tutub. Ticarətin ədalətli olması, verginin düzgün verilməsi, məhsulun doğru şəkildə bölünməsi və gündəlik məişət ehtiyacları üçün tərəzi önəmli vasitə idi.

Müxtəlif ehtiyacların ödənilməsi üçün tərəzilər meydana gəlmiş və zaman keçdikcə inkişaf etmişdir. Tarixi mənbələrə görə tərəzilərin ilkin formaları e.ə. IV–III minilliklərdə Qədim Misir və Mesopotamiya ərazilərində yaranıb. Həmin dövrdə əsasən iki gözü olan asma tərəzilər vardı. Bir gözə ölçüləcək əşya, digər gözə isə əvvəlcədən müəyyən edilmiş çəki daşları qoyulurdu. Bu sistem ticarətdə nisbətən ədalətli ölçünü təmin edirdi.

Qədim Misirdə tərəzi təkcə məişət və ticarət aləti deyil, həm də mənəvi məna daşıyırdı. Məsələn; Misir mifologiyasında "ölünün ruhunun çəkisinin ölçülməsi" səhnəsi təsvir edilir. Tərəzinin bir gözündə insanın ürəyi, digər gözündə isə ədalət və həqiqət rəmzi olan “maat lələyi” yerləşirdi. Bu təsvir tərəzinin ədalət anlayışı ilə necə sıx bağlı olduğunu göstərir.

Qədim Yunanıstan və Roma dövründə tərəzilər daha da inkişaf edərək, təkmilləşdi. Bu dövrdə iki cür tərəzi vardı. Asma tərəzi və qol tərəzisi. Qol tərəzisi daha dəqiq ölçü verirdi. Maraqldır ki, Romada tərəzilərin istifadəsi dövlət tərəfindən nəzarətdə saxlanılırdı.

Azərbaycanda da qədim iki gözlü mis tərəzilərdən istifadə edilirdi. Zaman keçdikcə müxtəlif elektron, rəqəmsal tərəzilər icad edilsə də, bu gün də bəzi yerlədə iki gözlü bir tərəfinə müxtəlif çəkilər, digər tərəfinə ölçülən məhsul və ya material qoyulan əl tərəzilərindən istifadə edilir.

Tərəzi təkcə ölçü müəyyənləşdirən alət deyil, eyni zamanda dürüstlük və haqq anlayışı ilə əlaqəlidir. Məsələn; bəzən deyirlər ki “elin gözü tərəzidir”. Düzdür bəzən elin gözü də səhv çəkə bilir, amma bu kimi ifadələr dilimizdə yer alıb.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
bizimyol.info

1Источники