RU

YAP Daşkəsən rayon təşkilatının ərazi partiya təşkilatında yığıncaq keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Daşkəsən Rayon Mərkəzi Xəstəxanası ərazi partiya təşkilatında dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günü ilə əlaqədar yığıncaq keçirilib.

“İki sahil” xəbər verir ki, yığıncaqda YAP Daşkəsən rayon təşkilatı aparatının məsul işçisi Sərdar Xıdırov, Daşkəsən Rayon Mərkəzi Xəstəxanası ərazi partiya təşkilatının sədri Mirzəkərim Tağıyev və digər partiya üzvləri iştirak ediblər.

Natiqlər çıxışlarında Zərifə Əliyevanın mənalı və şərəfli ömür yolundan geniş bəhs ediblər. Qeyd olunub ki, öz həyatını tibb elminin inkişafına həsr edən görkəmli alim Zərifə Əliyeva oftalmologiya sahəsində, xüsusilə göz xəstəliklərinin profilaktikası və müalicəsi istiqamətində mühüm elmi nailiyyətlər əldə etmiş, bu sahənin inkişafına dəyərli töhfələr vermişdir. Böyük şəxsiyyət və istedadlı həkim kimi tanınan Zərifə xanım uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş, gənc mütəxəssislərin yetişdirilməsində və kadr potensialının formalaşmasında fəal iştirak etmişdir. Onun elmi tədqiqatları, praktik fəaliyyəti və tədris sahəsindəki xidmətləri tibb elminin inkişafında xüsusi yer tutur. Zərifə Əliyeva elm fədaisi, xeyirxah insan kimi xatirələrdə əbədi yaşayacaqdır.

Избранный
16
ikisahil.az

1Источники