RU

YAP Laçın rayon təşkilatı Zərifə Əliyevanın anım gününə həsr olunmuş tədbirlər keçirilib -Fotolar



YAP Laçın rayon təşkilatının ərazi partiya təşkilatlarında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbirlər keçirilib

aia.az xəbər verir ki, görkəmli alim, akademik Zərifə xanım Əliyevanın anım günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının tədbirlər planına uyğun olaraq ərazi partiya təşkilatları tərəfindən silsilə anım tədbirləri keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, unudulmaz alim Zərifə xanım Əliyevanın, həmçinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Çıxış edənlər akademik Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminin, xüsusilə oftalmologiya sahəsinin inkişafındakı müstəsna xidmətlərini vurğulayaraq, onun zəngin elmi irsinin bu gün də gənc mütəxəssislər üçün örnək olduğunu qeyd etmişlər. Bildirilmişdir ki, Zərifə xanım təkcə böyük alim deyil, həm də Ulu Öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, mənəvi dayağı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynamış nəcib Azərbaycan qadını, nümunəvi ana olmuşdur. Tədbir iştirakçıları Zərifə xanım Əliyevanın işıqlı xatirəsinin gənclərin mənəvi tərbiyəsində və vətənpərvərlik ruhunun yüksəldilməsində mühüm rol oynadığını bildirərək, onun xalqımızın qəlbində hər zaman yaşayacağını ifadə etmişlər.



Избранный
19
aia.az

1Источники