RU

Moldovanın MDB-dən rəsmən çıxacağı tarix bəlli oldu

Moldova 2027-ci ilin aprelində rəsmən Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxacaq.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Moldovanın xarici işlər naziri Mixay Popşoi məlumat verib.

"Ölkə başçısı Maya Sandu tərəfindən Moldovanın MDB-də iştirakına dair sazişlərin denonsasiyası barədə parlamentin qərarları elan edildikdən sonra - aprelin 8-də Minskdəki katibliyə bildiriş göndərilib. Biz müvafiq sənədlərin alınması barədə təsdiq cavabı almışıq, 2027-ci ilin aprelində Moldova rəsmi şəkildə MDB-ni tərk etməlidir", - deyə nazir bildirib.

Избранный
19
37
moderator.az

10Источники