“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Müdafiə haqqında”, “Veteranlar haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Polis haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 376-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Müdafiə haqqında”, “Veteranlar haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Polis haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 376-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 159.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri, öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər;
1.2. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin ikinci və üçüncü cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.3. həmin Qanunun 23-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri nəzərdə tutulur;
1.4. həmin Qanunun 23-cü maddəsinin üçüncü cümləsində “orqan (qurum)” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;
1.5. “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 17-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
1.6. həmin Qanunun 16-cı maddəsinin birinci hissəsinin “a” bəndinin ikinci abzasında, 18-ci maddəsinin birinci və ikinci (birinci halda) hissələrində, 165-ci maddəsinin dördüncü və beşinci (birinci halda) hissələrində, 170-ci maddəsinin birinci hissəsində və üçüncü hissəsinin birinci cümləsində və 6 saylı Əlavəsinin 3-cü maddəsinin “v” bəndinin doqquzuncu abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri həyata keçirirlər;
1.7. həmin Qanunun 18-ci maddəsinin ikinci hissəsində ikinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;
1.8. həmin Qanunun 18-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirir;
1.9. həmin Qanunun 26-cı maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər;
1.10. həmin Qanunun 28-ci maddəsinin birinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq qurumların səlahiyyətlərini qərargah və kadrlar orqanları həyata keçirirlər;
1.11. həmin Qanunun 118-ci maddəsinin üçüncü hissəsində, 186-cı maddəsinin birinci hissəsinin “q” bəndində və 187-ci maddəsində üçüncü halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri, öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər;
1.12. həmin Qanunun 184-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirir;
1.13. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 4-cü maddəsində birinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri həyata keçirirlər;
1.14. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 17.10-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.15. həmin Qanunun 17.10-cu maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Müdafiə haqqında”, “Veteranlar haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Polis haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 376-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 176 (Cild I); 2024, № 1, maddə 34, № 2, maddə 153, № 12 (II kitab), maddələr 1366, 1383; 2025, № 1, maddə 35, № 6, maddə 549, № 12 (I kitab), maddə 1153; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 23 fevral tarixli 604 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. dördüncü abzasa “səlahiyyətlərini,” sözündən sonra “17-ci maddəsinin birinci cümləsində və” sözləri əlavə edilsin;
3.2. altıncı abzasdan “29-cu maddəsinin dördüncü hissəsində,” sözləri çıxarılsın, həmin abzasda “190-cı maddəsində” sözləri “190-cı maddəsinin ikinci hissəsinin birinci cümləsində” sözləri ilə əvəz olunsun və həmin abzasa “Agentliyi” sözündən sonra “, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (100-cü maddəsinin ikinci hissəsində, 165-ci maddəsinin beşinci hissəsində və 190-cı maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına münasibətdə istisna olmaqla)” sözləri əlavə edilsin;
3.3. doqquzuncu abzasdan “77-ci maddəsinin dördüncü hissəsində,”, “, 184-cü maddəsində, 4 saylı Əlavəsində” və “və 187-ci maddəsində” sözləri çıxarılsın;
3.4. on dördüncü abzasdan “, 180-ci maddəsində” sözləri çıxarılsın;
3.5. on beşinci abzasa “səlahiyyətlərini” sözündən əvvəl “və 184-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın” sözləri əlavə olunsun və həmin abzasda “Hərbi Komissarlığı” sözləri “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;
3.6. on səkkizinci abzasdan “, 170-ci maddəsinin üçüncü hissəsində” sözləri çıxarılsın;
3.7. iyirminci abzasa “103-cü” sözlərindən əvvəl “28-ci maddəsinin birinci hissəsinin birinci cümləsində,” sözləri əlavə edilsin;
3.8. iyirmi birinci abzasdan “29-cu maddəsinin dördüncü hissəsinin ikinci abzasında,” sözləri çıxarılsın;
3.9. iyirmi altıncı abzas aşağıdakı redaksiyada verilsin:
“həmin Qanunun 18-ci maddəsinin üçüncü hissəsində və öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə 175-ci maddəsinin ikinci hissəsinin ikinci abzasında (üçüncü halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirir;
3.10. iyirmi doqquzuncu abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda otuzuncu – otuz beşinci abzaslar əlavə edilsin:
“həmin Qanunun 16-cı maddəsinin birinci hissəsinin “a” bəndinin ikinci abzasında, 18-ci maddəsinin birinci və ikinci (birinci halda) hissələrində, 165-ci maddəsinin dördüncü və beşinci (birinci halda) hissələrində, 170-ci maddəsinin birinci hissəsində və üçüncü hissəsinin birinci cümləsində və 6 saylı Əlavəsinin 3-cü maddəsinin “v” bəndinin doqquzuncu abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri həyata keçirirlər;
həmin Qanunun 18-ci maddəsinin ikinci hissəsində ikinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;
həmin Qanunun 26-cı maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər;
həmin Qanunun 118-ci maddəsinin üçüncü hissəsində, 186-cı maddəsinin birinci hissəsinin “q” bəndində və 187-ci maddəsində üçüncü halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri, öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər;
həmin Qanunun 180-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirirlər;
həmin Qanunun 187-ci maddəsində ikinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər.”.
4. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 135 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 5, maddə 305 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. üçüncü abzasdan “və 23-cü” sözləri çıxarılsın;
4.2. ikinci – beşinci abzaslar müvafiq olaraq üçüncü – altıncı abzaslar hesab olunsun və həmin hissəyə aşağıdakı məzmunda ikinci, yeddinci və səkkizinci abzaslar əlavə edilsin:
“həmin Qanunun 23-cü maddəsinin ikinci və üçüncü cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;
“həmin Qanunun 23-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri həyata keçirirlər;
həmin Qanunun 23-cü maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.”.
5. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 244 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 23 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
5.1. 2.2-ci bəndə “4-cü” sözündən sonra “(ikinci halda)” sözləri əlavə edilsin;
5.2. 2.6-cı bəndə “Əsasnamənin” sözündən sonra “4-cü maddəsində (birinci halda),” sözləri əlavə edilsin.
6. “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 388 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 611 (Cild I); 2024, № 8, maddə 943; 2025, № 11, maddə 1036; 2026, № 1, maddə 24) aşağıdakı məzmunda 3.19-1-ci bənd əlavə edilsin:
“3.19-1. həmin Məcəllənin 159.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri, öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər.”.
7. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 623 (Cild I); 2024, № 4, maddə 398; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 23 fevral tarixli 604 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
7.1. 2.1-ci bəndə “13.1-ci,” sözlərindən sonra “17.10-cu,” sözləri əlavə edilsin;
7.2. aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin:
“2.5-1. həmin Qanunun 17.10-cu maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri nəzərdə tutulur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 aprel 2026-cı il