RU

Ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeync tariflərinə dəyişiklik edilib

Bakı. Trend:

Mərkəzi Bankın İdarə Heyətinin 18 mart 2026‑cı il tarixli 12/1nömrəli Qərarı ilə ödəniş sistemlərinin iştirakçıları arasındatətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı hədditəsdiq edilib, eyni zamanda, Ani Ödənişlər Sistemi (AÖS) üzrəödənişlərdə tətbiq olunan interçeync tarifləri ödəniş kartları üzrəmüəyyən edilmiş interçeyncin yuxarı hədləri ilə eyniləşdirilib.

Trend bubarədə tənzimləyici quruma isitnadən xəbər verir.

Dəyişikliklərə əsasən, hazırda qüvvədə olan tariflərləmüqayisədə ödəniş kartları üzrə interçeyncin yuxarı hədləri müvafiqtəsərrüfat subyektlərinin fəaliyyət sahələri üzrə 0.25% bəndi aşağısalınıb. Əsas hədəf ekvayerlərin xərclərini azaltmaqla nağdsızödənişlərin qəbulu üzrə təsərrüfat subyektlərinə tətbiq olunanxidmət haqqının aşağı salınmasına şərait yaratmaqdır.

AÖS üzərindən emal olunan QR kod əsaslı ödənişlər vasitəsilətəsərrüfat subyektlərinin nağdsız ödənişlərin qəbulu ilə bağlı olanxərclərinin azaldılması, ödəniş xidmətlərinə əlçatanlığınartırılması və hesab əsaslı ödənişlərin tətbiq dairəsiningenişləndirilməsi hədəflənir. QR kod ödənişlərindən istifadəninartırılması alternativ ödəniş həllərinin formalaşmasına, nəticəetibarilə ödəniş bazarında rəqabətliliyinin yüksəlməsinə zəminyaradacaq.

Ümumilikdə Mərkəzi Bank tərəfindən interçeync tariflərinintənzimlənməsi zamanı həm təsərrüfat subyektlərinin, həm də emitentvə ekvayerlərin maraqları gözlənilir və nağdsız ödənişlərin qəbuluüzrə xərclər optimallaşdırılmaqla balanslı siyasət tətbiqedilir.

Qeyd edək ki, AÖS-ün xidmət haqqı tarifləri üzrə dəyişikliklər2026-cı il mayın 1-dən, ödəniş kartları üzrə təsdiq edilmişinterçeyncin yuxarı hədləri isə 2026-cı il iyunun 1-dən qüvvəyəminir.

2026-cı il mayın 1-dən tətbiq ediləcək AÖS xidmət haqqıtariflərini bu linkdən nəzərdən keçirə bilərsiniz:
https://uploads.cbar.az/assets/a3b39b3d77cd0dc2253dbc7ae.pdf

Ödəniş sistemlərinin iştirakçıları arasında tətbiqedilən interçeyncin yuxarı həddi”nə dair qərarla bu linkdən tanışola bilərsiniz:

https://uploads.cbar.az/assets/90fe3b6961dc76e51b45b9176.pdf

Избранный
15
4
az.trend.az

5Источники