BAKI,TurkicWorld, Orxan Qədirzadə
2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Türkmənistana polad ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 59 faiz artaraq, 5 milyon 985 min 29 dollara bərabər olub.
Bu barədə TurkicWorld- ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2026-cı ilin mart ayında Türkmənistana polad ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 25,8 faiz azalaraq, 1 milyon 385 min 64 dollara çatdırıb.
Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artaraq, 1 milyard 552 milyon 765 min dollara bərabər olub.
2026-cı ilin yanvar-mart aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalaraq, 3 milyard 820 milyon 541 min dollara bərabər olub.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (mart 2026 - mart 2025) Türkiyə 16 milyard 334 milyon 855 min dollar məbləğində polad ixrac edib.