RU

Dövlət büdcəsinin növbəti 4 il üzrə proqnozlaşdırılan gəlir və xərcləri açıqlanadı

BAKI, 15 aprel. TELEQRAF

Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2027-ci ildə 39 milyard 136 milyon manat, 2028-ci ildə 39 milyard 664 milyon manat, 2029-cu ildə 40 milyard 352.9 milyon manat, 2030-cu ildə isə 41 milyard 42 milyon manat olaraq proqnozlaşdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsində qeyd edilib.

Bildirilib ki, 2027-ciilüçünicmalbüdcəninxərcləri2026-cı ilin təsdiq olunmuş göstəricisiilə müqayisədə 1266,7milyonmanatvə yaxud2,6faizçoxolmaqla50 milyard 106 milyonmanat, ortamüddətlidövrünsonunaisə 50 milyard 14,7milyonmanatvə yaxud10,3faizçoxolmaqla 53 milyard 854 milyon manat proqnozlaşdırılır.

Eynizamanda, 2027-ciilüzrədövlətbüdcəsininxərcləri42200,0milyonmanat proqnozlaşdırılır ki, bu da 2026-cı ilin təsdiq olunmuş göstəricisi iləmüqayisədə496,4 milyon manatvəya1,2faizçoxdur.Ortamüddətlidövrünsonunaisədövlətbüdcəsininxərcləri 2026-cı ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 2 milyard 746,4 milyon manat və yaxud 6,6 faiz çox olmaqla 44 milyard 450 milyon manat proqnozlaşdırılır.

2027-ci il üçün dövlət büdcəsi xərclərinin 26 milyard 2,5 milyon manatı vəya 61,6 faizi cari xərclərə (2026-cı illə müqayisədə 800,9milyon manat vəya 3,2 faiz çox), 13 milyard 800 milyon manatı vəya 32,7 faizi əsaslı xərclərə (2026-cı illə müqayisədə 244,4 milyon manat vəya 1,7 faiz az), 2397,5 milyon manatı vəya 5,7 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2026-cı illə müqayisədə 60,1milyon manat vəya 2,4 faiz az) yönəldilməsi proqnozlaşdırılır.

Избранный
45
6
teleqraf.com

10Источники