RU

ABŞ nin qlobal səhiyyə təhlükəsizliyi üzrə nümayəndə heyəti AMEA da olub

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 15 aprel, AZƏRTAC

ABŞ Dövlət Departamentinin qlobal səhiyyə təhlükəsizliyi sahəsində aparıcı yardım proqramı olan STRİDES layihəsinin direktoru Bekka Prays, “Black & Veatch” şirkətinin beynəlxalq inkişaf üzrə direktoru Kyle Huston, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) Şərqi Avropa və Mərkəzi Asiya ofisinin icraçı direktoru Stiven Beknell, CDC-in icraçı direktor müavini Coel Stanoeviç və baş texniki müşavir Lia Gvinjiliyadan ibarət nümayəndə heyəti AMEA-nın Rəyasət Heyətində olublar.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qonaqlarla görüş zamanı Akademiyanın ölkəmizdə elmin inkişafındakı rolundan, müasir dövrün çağırışlarına uyğun olaraq aparılan tədqiqatlardan və beynəlxalq əməkdaşlıq əlaqələrindən bəhs edib, xüsusilə son dövrlərdə süni intellektə dair araşdırmaların diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Həmçinin son illərdə AMEA-nın beynəlxalq elmi müstəvidə əməkdaşlıq əlaqələrinin genişləndiyini, Akademiyanın dünya elmində söz sahibi olan akademik təşkilatların tamhüquqlu üzvü seçildiyini bildirib.

ABŞ nümayəndə heyətinə daxil olan mütəxəssislərin apardıqları tədqiqatların son dövrlərdə dünyanı bürümüş pandemiyalar fonunda xüsusi aktuallıq kəsb etdiyini deyən akademik İsa Həbibbəyli Azərbaycan alimlərinin də bu məsələləri diqqətdə saxladığını, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin əhatə etdiyi müəssisələrdə bu istiqamətdə mühüm tədqiqatlar aparıldığını söyləyib.

Akademik İsa Həbibbəyli ötən il bölmənin mütəxəssisləri tərəfindən bioloji proseslərin molekulyar-genetik əsasları, genom, kompüter biologiyası, süni intellektin biologiya və təbabətdə tətbiqi, dərman preparatlarının işlənib hazırlanmasında və reproduktiv təbabətdə yüksək texnologiyaların və kök hüceyrələrinin tətbiqi istiqamətində mühüm tədqiqatların aparıldığını və əldə olunmuş nəticələrin nüfuzlu jurnallarda işıq üzü gördüyünü bildirib.

AMEA rəhbəri amerikalı mütəxəssislərlə birgə layihələrin perspektivdə yüksək nəticələr verəcəyini söyləyib.

Sonda qonaqlar AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olublar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
azertag.az

1Источники