RU

Moldova 2027 ci ildə MDB dən çıxacaq

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 15 aprel, AZƏRTAC

Moldova 2027-ci ilin aprelində Müstəqil Dövlətlər Birliyindən (MDB) rəsmi olaraq çıxacaq.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə respublikanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoy bildirib.

Müstəqil Dövlətlər Birliyinin tərkibindən çıxmaq barədə rəsmi bildiriş artıq Minskə göndərilib.

Nazirin sözlərinə görə, proses 2027-ci il aprelin 8-də – təşkilatın Minskdə yerləşən katibliyinə bildirişin göndərilməsindən düz bir il sonra başa çatacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
1
azertag.az

2Источники