RU

Türkmənistan-Tatarıstan münasibətləri müzakirə olunub

BAKI, 15 aprel. TELEQRAF

Aşqabadda Türkmənistan xarici işlər nazirinin müavini Əhməd Qurbanov və Tatarıstan baş nazirinin müavini Vasil Şeyxraziyev arasında görüş keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər mövcud əməkdaşlıq və mədəni-humanitar sahədə gələcək addımları müzakirə ediblər.

Görüşün yekununda həmsöhbətlər əməkdaşlığı inkişaf etdirmək və tərəfdaşlıq əlaqələrini gücləndirmək niyyətlərini təsdiqləyiblər.

Избранный
31
teleqraf.com

1Источники