RU

Azərbaycanın inflyasiya proqnozları AÇIQLANDI

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

İqtisadiyyat Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən, 2026-cı ildə neft və qaz hasilatının həcminin azalacağı gözlənilir. 2029-2030-cu illərdə neft və əmtəəlik qaz hasilatı üzrə artımın müşahidə olunması ilə neft-qaz sektorunda artım proqnozlaşdırılıb.Bizim.Media bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

 

Bildirilib ki, 2027-ci ildə əsas kapitala olan investisiyalarda 5,6 faiz, ortamüddətli dövrdə isə orta illik 2,1 faiz artım olacağı, 2026-cı ildən 2028-ci ilin sonuna doğru neft-qaz sektoruna yönəldilən kapital qoyuluşlarında artım proqnozlaşdırılır.

Qeyd edilib ki, İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə cari il üzrə 5,5% proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2030-cu ildə 4,6% olacağı gözlənilir.Proqnozlara əsasən, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2030-cu ildə 135,4 milyard manata, xərclərinin isə 133,6 milyard manata qədər yüksəlməsi gözlənilir.İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2027-2030-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
8
bizim.media

10Источники