RU

Türkiyədə məktəbdə silahlı insident törədən məktəblinin atası saxlanıldı - DETALLAR

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücumla bağlı yeni detallar açıqlanıb.

BAKU.WS Haber Global-a istinadən xəbər verir ki, Ayşel Çalık adına orta məktəbdə baş verən hadisəni törədən şəxsin 8-ci sinif şagirdi İsa Aras olduğu bildirilib.

Məlumata görə, o, məktəbə atasına məxsus silahlarla gəlib və 5-ci sinif otaqlarından birinə daxil olaraq nizamsız şəkildə atəş açıb.

Hadisədən sonra hücumçunun atası U.M. polis tərəfindən saxlanılıb. Onun keçmiş polis müfəttişi olduğu qeyd olunur.

Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırır.

Избранный
10
22
far.az

10Источники