RU

2030 cu ildə Azərbaycan iqtisadiyyatının 167 mlrd. manata çatacağı proqnozlaşdırılır

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin mart ayında təqdim olunan proqnozlara əsasən baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2027-2030-cu illər üçün 65,0 ABŞ dolları olacağı fərz edilib.

525.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsində bildirilib.

Proqnozlara əsasən 2027-ci ilin sonuna ÜDM-in həcmi 139,0 milyard manat təşkil edəcəyi, 2030-cu ildə isə 166,9 milyard manata qədər artacağı gözlənilir. ÜDM-də qeyrineft-qaz sektorunun payının 2025-ci ildəki 71,5%-dən 2027-ci ildə 78%-ə, 2030-cu ildə isə 81,8%-ə çatacağı gözlənilir. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft-qaz ÜDM-in 4,2 faiz olacağı proqnozlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
8
525.az

10Источники