RU

Bakıya güclü dolu yağmasının səbəbi açıqlandı

Ötən gün Qubaya güclü qar, Bakı və Abşerona isə şiddətli dolu yağıb. Aprel ayında ölkə ərazisində qış havasının müşahidə olunması çoxsaylı suallar doğurub.

Azərbaycan təbiətində nə baş verir? Bizi daha hansı sürprizlər gözləyir?

Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova deyib ki, proseslər təsadüfi deyil və arxasında həm mövsümi atmosfer dəyişiklikləri, həm də qlobal iqlim transformasiyaları dayanır:

“Azərbaycan coğrafi mövqeyinə görə müxtəlif hava kütlələrinin kəsişdiyi regionda yerləşir. Yaz ayları isə xüsusilə keçid dövrü hesab olunur. Bu dövrdə şimaldan soyuq hava, cənubdan isti və rütubətli kütlələr və Xəzər dənizinin təsiri eyni vaxtda atmosfer proseslərinə təsir edir. Nəticədə qısa müddət ərzində temperaturun dəyişməsi, dolu yağması, güclü külək, dağlıq ərazilərdə qar və intensiv yağış kimi hadisələr baş verir. Bu baxımdan aprel ayında qar və dolu hadisələrinin müşahidə olunması meteoroloji baxımdan qeyri-sabit sayılmır. Son dövrlərdə ölkənin bəzi bölgələrində yağıntı normadan artıq düşür. Bu isə çaylarda su səviyyəsinin qalxmasına, torpaq sürüşməsi riskinin artmasına və dolu hadisələrinin intensivləşməsinə səbəb ola bilir”.

Ekoloq bildirib ki, müasir dövrdə müşahidə olunan əsas amillərdən biri də iqlim dəyişikliyidir:

Избранный
7
2
publika.az

3Источники