RU

Okan Burukun oğlu NİK ə sövq edildi!

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyə Futbol Federasiyasının nəzdində fəaliyyət göstərən Nizam-İntizam Komitəsi (NİK) sonuncu turla bağlı sövqləri açıqlayıb. "Football-plus.az" xəbər verir ki, orda ən diqqətçəkən məqam ''Qalatasaray''ın baş məşqçisi Okan Burukun oğlu Əli Yiğit Burukun adının olmasıdı. Tez-tez klubun məşqlərində və oyunlarında görünən Əli Yiğit atasının dönəmində ''Cim-Bom''un sanki talismanlarından birinə çevrilib. O həm də klubun rəsmilərindən biridi. O son turda ''Kocaelispor''la ev oyununda (1:1) idmanın ruhuna zidd hərəkətinə görə İntizam Təlimatnaməsinin 36-cı maddəsinə əsasən NİK-ə sövq edilib. Türkiyənin tanınmış jurnalistlərindən olan Tahir Kumun məlumatına görə Əli Yiğit Buruk final fitindən sonra hakimin yanına gedərək onu çox ağır sözlərlə təhqir edib və üstəlik bəddualar edib. Bundan başqa ''Çaykur Rizəspor''la matçın ardından mətbuat konfransında qalmaqallı ifadələr işlədən və ''Qaziantep''in baş məşqçisi vəzifəsindən istefa verdiyini açıqlayan Burak Yılmaz da NİK-ə sövq edilib.Özü də 4 ayrı maddəyə - idmanın ruhuna zidd hərəkət, təhqir, şəxsiyyəti alçaltmaq və futbolun etibarını zədələyən acıqlamalar verdiyinə görə sövq edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
1
icma.az

2Источники