RU

Məktəbdə 4 nəfəri öldürən şagirdin atası saxlanıldı

Türkiyənin Kahramanmaraş vilayətində orta məktəbə silahlı hücum edərək 4 nəfərin həyatına son qoyan, 20 nəfəri yaralayan səkkizinci sinif şagirdi İsa Aras Mersinlinin atası Uğur Mersinli saxlanılıb.

Publika.az xəbər verir ki, polis şagirdin özü ilə məktəbə gətirdiyi 5 silah və 7 güllə darağının onun atasına məxsus olduğunu aydınlaşdırıb. Saxlanılan şəxs 6 il əvvəl Diyarbəkir Polis İdarəsinin Kəşfiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, ölənlərdən biri müəllim, üçü şagirddir. Yaralananlardan 4-nün vəziyyəti ağırdır.

Избранный
30
22
publika.az

10Источники