RU

"AZAL təyyarəsi ilə bağlı məsələ Azərbaycanın tələblərinə uyğun şəkildə həllini tapıb"

Xəbər verdiyimiz kimi, Rusiya AZAL-a məxsus "Embraer 190" sərnişin təyyarəsinin vurulmasına görə Azərbaycana kompensasiya ödəməyə razı olub. 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, Azərbaycanın bu məsələdə mövqeyi birmənalı idi:

"Baş verən hadisənin obyektiv araşdırılması və kompensasiyanın ödənilməsi Azərbaycanın əsas mövqeyi idi. Həmin mövqe beynəlxalq hüquqa və konvensiyalara tam uyğun idi. Əslində, Azərbaycan məhz beynəlxalq hüquq çərçivəsində bu məsələnin araşdırılmasını tələb edirdi. Belə bir razılığın əldə olunması isə onu göstərir ki, məsələ Azərbaycanın tələb və istəklərinə uyğun şəkildə həllini tapıb. Təbii ki, həm kompensasiyanın ödənilməsi, həm də digər məsələlərin bu istiqamətdə razılaşdırıldığı gözlənilir. Bu baxımdan, xüsusilə Azərbaycanın mövqeyinə uyğun olaraq kompensasiyanın ödənilməsi ilə bağlı razılığın əldə olunması iki ölkə arasındakı münasibətlər baxımından da mühüm əhəmiyyət daşıyır. Çünki Azərbaycan qonşu ölkələrlə münasibətlərin sağlam və davamlı inkişafında maraqlı olan dövlətdir. Bu kontekstdə, belə məsələlərin beynəlxalq hüquq və əməkdaşlıq prinsiplərinə uyğun şəkildə həll edilməsi dövlətlərarası münasibətlərə də müsbət təsir göstərir".

Xədicə BAXIŞLI

Избранный
47
1
redaktor.az

2Источники