Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirib.
QOL.az xəbər verir ki, Yevgeni Kukseviçin komandası növbəti dəfə Qazaxıstan yığması ilə qarşılaşıb.
Aktau şəhərindəki "BS Arena"da keçirilən matç rəqibin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasında aprelin 13-də keçirilən görüşdə meydan sahibləri 9:2 hesablı qələbə qazanıb.