RU

Pakistan 3 milyard dollarlıq maliyyə dəstəyi alacaq

Pakistanın Birləşmiş Ərəb Əmirliklərinə qarşıdan gələn borc ödənişi ilə bağlı milyardlarla dollarlıq maliyyələşdirmə boşluğunu aradan qaldırmaq üçün Səudiyyə Ərəbistanı İslamabada əlavə 3 milyard dollarlıq maliyyə dəstəyi verəcək.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Pakistanın maliyyə naziri Muhammed Auranqzeb Vaşinqtonda jurnalistlərə bildirib: “Pakistan üçün əlavə maliyyələşdirmə Ər-Riyadın daha uzun müddətə əlavə 5 milyard dollarlıq depozit üçün yenidən maliyyələşdirmə müqaviləsini uzatmasına əlavə olaraq həyata keçirilir”.

Bu addım keçən il hər iki ölkəyə qarşı təcavüzü tərəflərin hər birinə hücum hesab edən qarşılıqlı müdafiə paktı ilə möhkəmləndirilən Ər-Riyad və İslamabad arasındakı dərinləşən münasibətləri vurğulayır.

Səudiyyə Ərəbistanı Maliyyə Nazirliyinin sözçüsü “Reuters” agentliyinə bildirib: “Səudiyyə Ərəbistanının Pakistana 3 milyard dollarlıq ödəniş balansı depoziti verməyə razı olduğunu təsdiqləyə bilərik”.

Bu ay Pakistanın BƏƏ-yə 3,5 milyard dollar ödəməsi planlaşdırılır ki, bu da 27 mart tarixinə təxminən 16,4 milyard dollar olan valyuta ehtiyatlarına mənfi təsir göstərir. BƏƏ-yə ödəniş bu aktivlərin təxminən 18 faizini təşkil edir.

Pakistana 7 milyard dollar ayıran BVF proqramı çərçivəsində İslamabad iyun ayına qədər valyuta ehtiyatlarını 18 milyard dollardan çox artırmağı planlaşdırır.

Избранный
3
6
yeniazerbaycan.com

7Источники