RU

"Məğlub olsaq da, oyunumuzdan razı qaldım" - Yevgeni Kukseviç

style='margin-bottom:10px;'>

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç bu gün Qazaxıstan millisinə uduzduqları (2:4) yoldaşlıq oyunu haqda fikirlərini bölüşüb.

QOL.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, baş məşqçi futbolçuların bu dəfə meydanda daha inamlı təsir bağışladıqlarını bildirib:

“Birinci oyundan sonra istirahət etdik və yaxşı bərpa olunduq. Üstəlik, rəqibin adının gətirdiyi üstünlüyü, azarkeş amilini, zala uyğunlaşmaq baxımından yaşadığımız problemi bu dəfə bir kənara atdıq, psixoloji baxımdan matça tam hazır çıxdıq. Buna görə də yaxşı oynadığımızı deyə bilərəm. Əslində, yoldaşlıq oyunlarını güclü rəqiblərə qarşı keçirmək yaxşı oldu. Zəif rəqibləri udub bayram etməkdənsə, səhvlərimizi, çatışmazlığımızı görüb, üzərində işləmək və inkişaf etmək lazımdır. 

Yenə deyirəm, bugünkü oyunumuz da çox çətin idi, ancaq uşaqlar bacardıqlarını göstərdilər. Sadəcə, soyuqqanlılığımız çatmadı. Bəzi epizodlarda yaxşı mənada nələrsə etmək istədik, alınmadı. Bu cür oyunlarda uduzsaq da, meydanda gördüyümüz yaxşı işlər bizə qələbəyə bərabərdir”.  

Избранный
23
5
teleqraf.com

6Источники