RU

Azərbaycanda yük daşımaları üzrə son rəqəmlər məlum olub

Bakı. Trend:

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan ərazisi üzrənəqliyyat dəhlizlərində müxtəlif nəqliyyat növləri ilə yükdaşımalarında fərqli dinamika qeydə alınıb.

Trend bu barədəDövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 2 milyon 14,4 min tonyük daşınıb. Bu, nəqliyyat dəhlizlərinin strukturunda 43,5% payamalik olub. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 20,2%azalıb. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar-fevralaylarında bu rəqəm 2 milyon 525,2 min ton təşkil edilib.

Eyni dövrdə dəniz nəqliyyatı ilə 811,2 min ton yük daşınıb vəümumi strukturda payı 17,5% olub. Bu sahədə illik müqayisədə 30,6%azalma qeydə alınıb. Belə ki, 2025-ci ilin yanvar-fevral aylarındadəniz nəqliyyatı ilə 1 milyon 169,2 min ton yük daşınıb.

Avtomobil nəqliyyatı üzrə isə artım müşahidə olunub. Belə ki,2026-cı ilin yanvar-fevral aylarında 1 milyon 808,8 min ton yükdaşınıb və bu, ümumi yük daşımalarında 39% pay təşkil edib. Bugöstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur. 2025-ciilin yanvar-fevral aylarında avtomobil nəqliyyatı ilə 1 milyon 649min ton yük daşınıb.

Beləliklə, hesabat dövründə dəmir yolu və dəniz nəqliyyatındaazalma, avtomobil nəqliyyatında isə artım qeydə alınıb.

Избранный
22
4
az.trend.az

5Источники