RU

Məni evdən çıxarmaq istəyirdi 66 yaşlı kişi içib arvadını döydü

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Şəmkir rayonunda yaşlı kişinin keçmiş həyat yoldaşına qarşı fiziki zorakılıq tətbiq etməsi ilə bağlı cinayət işinin təfərrüatları məlum olub. Hadisə ötən ilin dekabrın 22-də, saat 17:30 radələrində rayonun qəsəbələrindən birində qeydə alınıb. 66 yaşlı Təvəkkül (ad şərtidir) bir evdə yaşadığı keçmiş arvadı Səmayə ilə mübahisə zəminində ona xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə münaqişə zamanı təqsirləndirilən şəxs qadının baş nahiyəsinə yumruq zərbələri endirib və saçından dartaraq ona fiziki ağrı yetirib. Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi açılıb.Məhkəmə prosesində ifadə verən Təvəkkül əməlini etiraf edərək hadisənin sərxoşluq fonunda baş verdiyini bildirib:“Dekabrın 22-də, saat 17:30-da yaşadığım evə gələn zaman Səmayə mənim sərxoş olmağımı gördü və atmacalı sözlər işlətdi. Sərxoş olduğum üçün Səmayə ilə mübahisə etdim və mübahisə zamanı əlim ilə onun başından itələdim. Ola bilsin ki, həmin vaxt Səmayə başından xəsarət aldı. Sonradan əməlimdən peşman oldum, Səmayədən üzrxahlıq etdim, ona dəymiş ziyanı ödəmişəm və onunla barışmışam. Bir daha cinayət törətməyəcəyimə söz verirəm”.Zərərçəkmiş Səmayə isə ifadəsində keçmiş həyat yoldaşının içki qəbul etdikdən sonra aqressivləşdiyini vurğulayıb:“Dekabrın 22-də, saat 17:30-da yaşadığım evdə olan zaman Təvəkkül sərxoş vəziyyətdə evə gəldi və məni evdən çıxarmaq istədi. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı o, yumruqla baş nahiyəmə bir neçə dəfə vurdu və saçımdan dartaraq mənə xəsarət yetirdi”.Şəmkir Rayon Məhkəməsi tərəfindən araşdırılan cinayət işində tərəflərin qarşılıqlı barışığı əsas götürülüb. Hakim zərərçəkmişin şikayətçi olmadığını və dəymiş ziyanın ödənildiyini nəzərə alaraq Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə uyğun qərar qəbul edib.Beləliklə, təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilib və o, məsuliyyətdən azad olunub.Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
36
demokrat.az

1Источники