RU

Nəqliyyat dəhlizlərində yük daşımalarında dəyişiklik: avtomobil daşımaları artıb

2026-cı ilin yanvar -fevral aylarında Azərbaycan ərazisi üzrə nəqliyyat dəhlizlərində müxtəlif nəqliyyat növləri ilə ümumilikdə milyonlarla ton yük daşınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, məhz bu iki ayda  dəmir yolu ilə 2 milyon 14,4 min ton, dənizlə 811,2 min ton, avtomobil nəqliyyatı ilə isə 1 milyon 808,8 min ton yük daşınıb.

Nəqliyyat dəhlizlərinin strukturunda dəmir yolu daşımalarının payı 43,5 faiz təşkil edib. Avtomobil nəqliyyatı 39 faizlə ikinci yerdə qərarlaşıb, dəniz nəqliyyatının payı isə 17,5 faiz olub. Ötən ilin eyni dövrü ilə müqayisədə bəzi nəqliyyat növləri üzrə azalma müşahidə olunub. Belə ki, dəmir yolu ilə yük daşımaları 20,2 faiz, dəniz nəqliyyatı ilə daşımalar isə 30,6 faiz azalıb. Bunun əksinə olaraq, avtomobil nəqliyyatı ilə yük daşımaları 10 faiz artıb. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar - fevral aylarında nəqliyyat dəhlizlərində dəmir yolu ilə 2 milyon 525,2 min ton, dəniz nəqliyyatı ilə 1 milyon 169,2 min ton, avtomobil nəqliyyatı ilə isə 1 milyon 649 min ton yük daşınmışdı.

Mütəxəssislər hesab edirlər ki, avtomobil daşımalarındakı artım logistika çevikliyinin yüksəlməsi və daxili tələbatın artması ilə bağlıdır, digər nəqliyyat növlərindəki azalma isə regional və beynəlxalq yük axınlarındakı dəyişikliklərlə əlaqələndirilir.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Избранный
6
4
azerbaijan-news.az

5Источники