RU

Mağazalardakı qiymət tələsi Rəqəmlər belə kiçildilir

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bəzi mağazalarda bahalı məhsulların qiyməti qrama uyğun göstərilir. Bu yanaşma ilk baxışdan rahat müqayisə imkanı versə də, bəzi hallarda qiymətin real dəyəri ilə bağlı çaşqınlığa səbəb ola bilər. Belə təqdimat forması istehlakçıların seçimlərinə necə təsir edir və bu üsul nə dərəcədə şəffaf hesab olunur ?Məsəlı ilə bağlı reklamçı Anar Veyis Demokrat.az-a bildirib ki, bu hal o zaman baş verə bilər ki, məhsul həm 100 qramlıq qablaşdırmada təqdim olunur, həm də kilo ilə satışı mövcuddur:"Yəni eyni məhsulun fərqli ölçü formatlarında satışa çıxarılması mümkündür. Amma konkret olaraq bu yanaşmanın kim tərəfindən düşünülərək tətbiq edildiyi sual doğurur.Bu, klassik mənada marketinq strategiyası kimi qiymətləndirilmir. Hətta belə qəbul olunsa belə, uğurlu strategiya hesab etmək çətindir. Çünki müştərilərin artıq formalaşmış alış vərdişləri var. Əgər bir məhsul adətən qramla alınırsa, bu cür təqdimat normal qarşılanır. Lakin yalnız diqqət çəkmək məqsədilə qiymətin fərqli formada göstərilməsi yanlış qiymət siyasəti kimi dəyərləndirilə bilər".O bildirib ki, qanun pozuntusu olmasa da, bu yanaşma müştərini alışmadığı vəziyyətlə üz-üzə qoyur:"Xüsusilə Azərbaycan kimi bazarda, müştəri düşüncəsinə uyğun olaraq, bu cür dəyişikliklər birmənalı qarşılanmaya və hətta aqressiv reaksiyalara səbəb ola bilər. Sosial şəbəkələrdə paylaşılan şəkil və videolar da göstərir ki, artıq bəzi istehlakçılar bunu müsbət qarşılamayıb, narazılıqlarını açıq şəkildə ifadə ediblər.Digər tərəfdən, “reklamın yaxşısı, pisi olmur” yanaşması da artıq müasir dövrdə tam doğru hesab edilmir. Bəli, ola bilər ki, bu addım atılarkən məhz müzakirə yaradacağı və viral olacağı düşünülüb. Lakin hər viral olan yanaşma uğurlu nəticə vermir.Müqayisə üçün qeyd edim ki, məsələn, Türkiyədə də bu praktika mövcuddur. Amma əsasən müştərinin adətən qramla aldığı məhsullarda tətbiq edilir. Quru meyvələr, çərəzlər kimi məhsullarda qiymətin qramla göstərilməsi alıcı üçün daha aydın və qəbul ediləndir", - deyə o qeyd edib.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
43
demokrat.az

1Источники